HAQQIMIZDA


2016-ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan AR Transport brendi hazırda Logistika və Yükdaşıma sahəsində ölkənin öndə gedən şirkətlərindən biridir.
Yaşının az olmasına baxmayaraq uğurlara imza atan AR Transport Logistika və Yükdaşıma şirkəti bu gün sadəcə ölkdədaxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını həyata keçirir.

Hər zaman yeniliklər edən AR Transport brendi ilk dəfə olaraq 24/7 fəaliyyət göstərən (050) 503 02 15 “Qaynar Xətt”-ini müştərilərin istifadəsinə verib.
Bununla yanaşı, xidmət sahələrini də genişləndirməyə davam edir.
Bunun bariz göstəricisidir ki, yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri – Yük daşıma, Logistika, Evakuasiya, Fəhlə, Usta, Anbar və Təmizlik işlərini həyata keçirir.
Biz, AR Transport brendi olaraq xidmətlərimizə “operativlik”, “uyğun qiymət” və “bütün bölgələrə” anlayışlarını daxil etdik.
Təbii ki, xidmətlərimizdən istifadə edən müştərilərimizin məmnuniyyəti də həssas yanaşdığımız məsələlərdəndir.
Elə bu səbəbdən, xidmət sonrası keçirdiyimiz sorğularla müştərilərimizin fikirlərini öyrənir, onların təklif və iradlarını nəzərə alaraq xidmət səviyyəmizi daim təkmilləşdiririk.
Daim xidmət keyfiyyətinə diqqət yetirən şirkət “Beynəlxalq keyfiyyət standartı sertifikatı”na sahibdir.
(ISO9001:2008 Beynəlxalq keyfiyyətli idarəetmə standartı)
Peşəkar heyətimiz bizə olan etimadınızı doğrultmaq üçün gecə-gündüz operativ xidmət göstərir.
(050) 503 02 15 qaynar xətti 24/7 ölkəmizin istənilən nöqtəsindən zəngləri qəbul edir.
Gecə-gündüz yorulmadan yükünüzü daşıyırıq!

Xidmət siyasətimiz:
Yüklərlə bağlı bütün əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsinə zəmanətin təminatı, rəqabətədavamlı qiymətlər müqabilində yüksək keyfiyyətli xidmətlərin təqdim edilməsi və istehlakçılarımızın və digər maraqlı tərəflərin ehtiyac, tələb və gözləntilərinin qarşılanması.

Missiyamız:
Missiyamız, müştərilərimizi və partnyorlarımızı dərindən anlamaq, onlara effektiv logistic həlləri yüksək keyfiyyətdə təqdim etmək və eyni zamanda şirkət olaraq daimi gəlirliliyi təmin etməklə əməkdaşlarımızının şəxsi inkişafı və motivasiyasını da üst səviyyədə tutmaqdır.

Vizyon:
Vizyonumuz, Biznesimizi yüksək elmi-texnoloji biliklərlə və daxili bazarda qazandığımız logistic təcrübəylə beynəlxalq müstəviyə daşımaq və beynəlxalq bazarda yetərincə tanınan transmilli korporasiyaya çevirməkdir.