KORPORATİV TƏKLİF


AR Trasnsport Logistika və Yükdaşıma şirkəti olaraq fəaliyyətə başladığımız gündən korporativ əməkdaşlığa önəm verir və xidmət təkliflərimizi təkmilləşdiririk.
Təcrübə və uğurlarımızın bariz göstəricilərinə bir çox dövlət əhəmiyyətli tədbirləri və ölkədə keçirilmiş beynəlxalq idman yarışlarını təşkil edən şirkətlərin tədbir çərçivəsində əməkdaş olaraq şirkətimizi seçmələridir.
Sözügedən əməkdaşlıqlar daha sonra uzunmüddətli fəaliyyətlə əvəzlənərək  xidmətlərimiz onların iş fəaliyyətlərinin bir parçasına çevirilib.
Müəssisəmiz sadəcə şirkətlərə deyil, həmçinin kiçik və orta biznes sahəsində fəaliyyət göstərən fərdi sahibkarlara da xidmət göstərir.
Korporativ xidmət şöbəmizin peşəkar əməkdaşları hər bir müştərinin fərdi ehtiyac və imkanlarını müəyyənləşdirərək ən optimal xidməti təklif edir.

Korporativ təkliflərimizə daxildir:

  • Sərfəli qiymət
  • Yüklərin onlayn rejimdə izlənməsi
  • GPS nəzarət sistemi
  • Avtomatlaşdırılmış Logistik Optimallaşdırma Sistemi
  • Fərdi ehtiyaclara uyğun xidmətlərin təşkili
  • Geniş avtomobil parkı
  • Funksional və gigiyenik qaydaya uyğun avtomobillər
  • Keyfiyyət nəzarət sistemi
  • Korporativ üzvlük sistemi